İdman

Şahmat üzrə Avropa çempionatı: Rauf Məmmədov uğurla irəliləyir

3 Sentyabr 2021 07:18
0 Şərh     Baxış: 784
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İslandiyanın paytaxtı Reykyavik şəhərində kişilər arasında şahmat üzrə Avropa çempionatının səkkizinci turunun oyunları keçirilib.

Milli.Az xəbər verir ki, Azərbaycan təmsilçisi Rauf Məmmədov bu turda rusiyalı Anton Demçenko ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə ilə başa çatıb.

Qeyd edək ki, turnir cədvəlinin liderlərindən olan R.Məmmədov qitə çempionatında məğlubiyyətsiz irəliləyir.

Digər şahmatçılarımızdan Nicat Məmmədov polşalı Kacper Piorun, Aydın Süleymanlı Ruben Gideon Koellner (Almaniya), Read Səmədov İslandiya təmsilçisi Hedinn Steingrimsson ilə heç-heçə ediblər. Nicat Abbasov isə gürcüstanlı Levan Pantsulaya uduzub.

Qeyd edək ki, Rauf Məmmədov ötən turların nəticəsinə görə 6,5 xalla 1-2-ci yerləri bölüşür. Təmsilçilərimizdən N.Məmmədov isə liderdən cəmi yarım xal (6 xal) geri qalaraq 3-8-ci yerləri bölüşür. Digər şahmatçılarımız N.Abasov, A.Süleymanlı və R.Səmədov 4,5 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.