İdman

Türkiyədən xal itkisi - Monteneqro ilə oyunda

2 Sentyabr 2021 07:15
0 Şərh     Baxış: 1 117
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyə millisi DÇ-2022-nin seçmə mərhələsində növbəti oyununu keçirib.

Milli.Az apasport.az-a istinadən bildirir ki, qardaş ölkə təmsilçisi IV turda Monteneqro ilə qarşılaşıb.

G qrupunun lideri olan Şenol Günəşin yetirmələri xal itkisi ilə üzləşib. "Ay-ulduzlular"ın heyətində Çengiz Ündərlə Yusuf Yazıçı ilk 45 dəqiqədə rəqib qapısına yol tapıb. Adam Marusiç fasilə ərəfəsində fərqi minimuma endirib. Balkanlılar Risto Radunoviçin uzatma dəqiqələrindəki qolu ilə məğlubiyyətdən qaçıb. Xal hesabını 8-ə çatdıran Türkiyə millisi qrupun vahid lideridir.

Qeyd edək ki, türkiyəlilər sentyabrın 4-də Cəbəllütariq, 7-də Niderlandla görüşəcək. Hər iki matç səfərdə baş tutacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.