İdman

Rauf Məmmədov erməni şahmatçını məğlub etdi

31 Avqust 2021 08:53
0 Şərh     Baxış: 846
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Reykyavikdə kişilər arasında şahmat üzrə Avropa çempionatının beşinci turunun oyunları keçirilib.

Milli.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qitə birinciliyinin beşinci turunda Rauf Məmmədov turnir cədvəlinin lideri Robert Hovanesyan (Ermənistan) ilə üz-üzə gəlib. Ağ fiqurlarla rəqibinə qarşı mübarizə aparan şahmatçımız qarşılaşmanı qələbə ilə başa vurub. Xalların sayını 4,5-ə çatdıran R.Məmmədov liderlər qrupunda qərarlaşıb.

Digər şahmatçılarımızdan Nicat Məmmədov Tarun Kanyamarala (İrlandiya), Nicat Abbasov Luka Nudesavlyeviç (Serbiya), Read Səmədov Tor Mari Aron (İslandiya) üzərində qələbə qazanıblar. Şahmatçılarımızdan yalnız Aydın Süleymanlı rəqibi Ventura Souzaya (Portuqaliya) uduzub.

Qeyd edək ki, 5 turdan sonra şahmatçılarımız N.Məmmədov 4, N.Abasov 3,5, A.Süleymanlı, R.Səmədov 2,5 xal toplayıblar.

İsveçrə sistemi üzrə keçirilən turnir 11 turdan ibarətdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.