İdman

Azərbaycan Premyer Liqasının oyunlarına azarkeş buraxılacaq

14 Avqust 2021 14:22
0 Şərh     Baxış: 802
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Futbol üzrə Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünün oyunları azarkeşlərin iştirakı ilə keçiriləcək.

Milli.Az report-a istinadən bildirir ki, tribunalara arenanın ümumi tutumunun 50 faizi qədər tərəfdar buraxılacaq.

AFFA-nın Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla "Report"a açıqlamasında məlumatı təsdiqləyib: "Klublarımızın avrokuboklar çərçivəsində keçirdiyi ev oyunlarında olduğu kimi, Premyer Liqa qarşılaşmalarında da müvafiq stadionların ümumi azarkeş tutumunun 50 faizi qədər tamaşaçı COVID-19 pandemiyası ilə əlaqədar qaydalara riayət olunması şərtilə matçları tribunadan izləyə bilər".

Qeyd edək ki, Azərbaycan çempionatında yeni mövsümə bu gün start veriləcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.