Beynəlxalq dərəcəli hakim-inspektor Elçin Səmədli növbəti dəfə təyinat alıb.
Milli.Az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, qadınlardan ibarət komandalar arasında futzal üzrə Avropa çempionatının seçmə mərhələsində B qrupunun oyunlarında iştirak edəcək. Bu qrupda Niderland, Moldova, Bosniya və Herseqovina, eləcə də Ermənistan milli komandaları mübarizə aparacaq.
Oyunlar avqustun 16-dan 19-dək Moldovada təşkil olunacaq.
Milli.Az