İngiltərənin "Vulverhempton" klubu heyətini yeni futbolçu ilə gücləndirib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisi Yunanıstanın "Olimpiakos" klubunun qapıçısı Joze Sanı transfer edib.
Bu barədə "Vulverhempton"un rəsmi saytı məlumat yayıb. Bir neçə gün əvvəl əsas qapıçısı Rui Patrisionu "Roma"ya satan "Vulverhempton" onu həmyerlisi ilə əvəzləyib. 28 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb.
Joze Sa 2018-ci ildən "Olimpiakos"da çıxış edirdi.
Qeyd edək ki, "Olimpiakos" Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Neftçi"nin rəqibidir.
Milli.Az