İdman

“Qızıl buts” kimin olacaq? - AVRO-2020

1 İyul 2021 09:39
0 Şərh     Baxış: 1 668
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AVRO-2020-nin 1/8 final mərhələsindən sonra bombardirlər cədvəli açıqlanıb.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, siyahıya Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo başçılıq edir.

Artıq çempionatla vidalaşan hücumçunun aktivində 5 top var. Ronaldonun üç izləyicisinin hərəsi 4 dəfə fərqlənib.

Onlardan yalnız çexiyalı Patrik Şik qol sayını artıra bilər. Emil Forsberqlə (İsveç) Kərim Benzema (Fransa) üçün turnir başa çatıb.

Ronaldoya təkcə Şik deyil, üç qol vuran oyunçular da şərik çıxa, hətta keçə bilər. Belçikalı Romelu Lukaku, isveçrəli Haris Seferoviç və ingiltərəli Rahim Sterlinqə bunun üçün iki top lazımdır.

Düzdür, hələ maksimum 3 oyun keçirə biləcək digər futbolçular da "Qızıl buts" uğrunda mübarizəyə qoşula bilər. Lakin bunun üçün həmin oyunçular finişdə yüksək məhsuldarlıq göstərməlidir.

AVRO-2020: 3 və daha çox qol vuranlar
Kriştiano Ronaldo (Portuqaliya) - 5
Patrik Şik (Çexiya) - 4
Emil Forsberq (İsveç) - 4
Kərim Benzema (Fransa) - 4
Romelu Lukaku (Belçika) - 3
Haris Seferoviç (İsveçrə) - 3
Rahim Sterlinq (İngiltərə) - 3
Jorjinyo Veynaldum (Niderland) - 3
Robert Levandovski (Polşa) - 3

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.