İdman

“Qalatasaray” Arda Turanla bağlı qərarını verdi

26 İyun 2021 15:04
0 Şərh     Baxış: 1 064
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

"Qalatasaray"ın futbolçusu Arda Turanın taleyinə aydınlıq gəlib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, 34 yaşlı yarımmüdafiəçi sevimli komandasındakı çıxışını davam etdirəcək.

Fatih Terim baş məşqçi postunda qaldıqdan sonra Ardanın da qalmasını istəyib. Futbolçu ilə bununla bağlı danışıqlar müsbət nəticələnib. Türkiyə millisinin sabiq üzvü tezliklə "cim-bom"la 1+1 il formatında müqavilə imzalayacaq.

Qeyd edək ki, "Qalatasaray"ın yetirməsi olan Arda Turan ötən il yenidən "sarı-qırmızılılar"a qayıdıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.