İngiltərə millisi Avro-2020 qrup mərhələsinin üçüncü turunda Çexiyaya qalib gəldikləri matçdan (1:0) 1 gün sonra sürprizlə qarşılaşıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, məşhur müğənni Ed Şeeran komandanın düşərgəsinə gəlib. O, bazada oyunçular üçün akustik konsert verib.
Oyunçular müğənninin ifasından zövq alıblar.
Qeyd edək ki, İngiltərə millisi turnirin 1/8 finalına vəsiqə qazanıb. Yığma bu mərhələdə iyunun 29-u Bakı vaxtı ilə 20:00-da Almaniya ilə qarşılaşacaq.
Milli.Az