Avro-2020: 1/4 final üçün Bakıya hansı komandalar gələ bilər?
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Avro-2020-də artıq qrup mərhələsi sona yaxınlaşır və iyunun 23-də son oyunlar oynanılacaq.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 24-25 iyunda istirahət günləri olacaq və 26-dan etibarən 1/8 final mərhələsinə start veriləcək.
Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, bu mərhələdə Azərbaycanda heç bir oyun baş tutmayacaq. Bakıda növbəti Avro-2020 qarşılaşması 1/4 final mərhələsinin oyunu olacaq.
İyulun 3-də baş tutacaq qarşılaşma üçün paytaxtımıza hansı komandaların gələcəyi hələ ki, bəlli olmasa da, ehtimallar var.
Daha doğrusu UEFA-nın təqviminə görə, 1/8 final mərhələsində 3-cü cütün qalibi ilə, 1-ci cütün qalibi Bakı Olimpiya Stadionunda yarımfinal üçün mübarizə aparacaq.
Bu komandalar kimlər ola bilər?
Qrupdan növbəti mərhələyə vəsiqə qazanmış Niderland yığması 3-cü cütün ilk bəlli olan komandasıdır. Onun rəqibi isə D, E və F qruplarından çıxan 3-cü yeri tutmuş komandalardan biri olacaq. Əgər D qrupunda 3-cü yeri tutan komanda 1/8 finala vəsiqə qazanan 4 ən yaxşı 3-cü yerdən biri olarsa, Niderland yığmasına rəqib olacaq. Əgər yox, 3-cü yeri tutan komanda ən yaxşı "4-lük" arasına düşməzsə, E qrupunun 3-cüsü bunu bacaracağı halda Niderlandla 1/4 final üçün mübarizə aparacaq. Burada da qrup 3-cüsünün nəticəsi növbəti mərhələ üçün kifayət etməsə, F qrupunun 3-cüsü Bakıda oynamaq üçün mübarizə aparacaq.
Bəs, bu qruplarda hansı komandalar yer alıb:
D qrupunda Çexiya, İngiltərə, Xorvatiya və Şotlandiya yer alıb. Bu qrupda 3-cü pilləni isə Xorvatiya və ya Şotlandiya tutacaq. Çünki Xorvatiya İngiltərəyə, Şotlandiya isə Çexiyaya uduzub. Bu halda heç bir komanda qrup ikincisi ola bilmir.
E qrupunda İsveç, İspaniya, Slovakiya və Polşa yer alır. Maraqlıdır ki, bu qrupda 4 komandanın hər biri 3-cü pillədə yer ala bilər.
Niderland üçün ən maraqlı rəqib isə F qrupundan çıxa bilər. "Ölüm qrupu" adlandırılan qrupda Fransa, Almaniya, Portuqaliya və Macarıstan yer alıb. Macarların şansı nə qədər az dəyərləndirilsə də, onlar da 3-cü pilləyə sahib çıxa bilərlər. Ümumiyyətlə, E qrupu kimi bu qrupda da 3-cü pilləni hansı komandanın tutacağı bəlli deyil.
1-ci cütdə yer alacaq ilk komanda isə Bakıda 2 matçını keçirən Uels yığmasıdır. A qrupundan 2-ci pillənin sahibi kimi 1/8 finala vəsiqə qazanan britaniyalılar öz rəqibini gözləyir. Onların rəqibi isə B qrupunun ikincisi olacaq. Bu isə Finlandiya və ya Rusiya olacaq. Danimarka Finlandiyaya uduzduğundan qrupdan çıxmaq şansını saxlasa da, yalnız ən yaxşı 3-cü yerin sahibi kimi vəsiqə əldə edə bilər.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
1840,3 ha ərazi minalardan təmizlənib
-
"Barselona"da ciddi itki
-
Rus ordusu daha iki kəndi işğal etdi
-
Deputat səhiyyə nazirini tənqid etdi - Nazirlikdən cavab
-
Bu istiqamət üzrə əlavə qatar reysləri həyata keçiriləcək
-
17 milyondan 12 milyona düşdü - Bakıda dəbdəbəli malikanə satışda
-
Azərbaycanlı hakim dünya çempionatında
-
Bakıda əməliyyat edilən 31 yaşlı həkim vəfat etdi
-
Rusiyada seçkilərin ilkin nəticələri açıqlandı
-
Dövlət Uşaq Filarmoniyası istedadlı yetirmələri ilə musiqi bayramına öz töhfəsini verməyə davam edir - (Foto)
-
Zlatan İbrahimoviç: "Arda "Barselona"nı seçsəydi..."
-
Formula 1-dən Bakı ilə bağlı paylaşım - (Foto)
-
“Yeni ulduz”un münsifəri və aparıcısı bəlli oldu
-
Alim Qasımov Üzeyirlə duetindən danışdı
-
Lionel Messi Peleni geridə qoydu
-
Monitor AYNA-nın tədbirində aşıb?
-
Si Cinpin ABŞ-yə səfər edəcək
-
İcra başçısının birinci müavini vəzifəsindən azad edildi
-
Sabah Bakıda hava dəyişir: Külək, yağış - Proqnoz
-
Pensiya bu tarixdə ödəniləcək - Rəsmi
-
13 yaşadək uşaqlara sosial şəbəkə qadağası - Avropa nəyi dəyişir?
-
Ramiz Mehdiyevin məhkəməsi başladı - (Yenilənib)
-
Polşada Azərbaycana qarşı təxribatın qarşısı alındı - Məhsullar satışdan çıxarılır
-
İtaliyada da məktəblərdə niqab qadağan edildi





