“Avro-2020”də çıxış edəcək futbolçuların Bakı paylaşımları - FOTO
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bir neçə gün sonra paytaxt Bakı ötən il pandemiya səbəbilə təxirə salınan "Avro-2020" oyunlarına ev sahibliyi edəcək.
Yarışların başlamasına sayılı günlər qaldığından futbolçular və azarkeşlər ölkəyə axın edirlər. Oyunlarda İsveçrə, Uels və Türkiyənin futbol komandaları qarşılaşacaqlar.
Mötəbər yarışda iştirak etmək üçün ilk olaraq Bakıya Uels milli futbol komandası təşrif buyurub.
Milli.Az baku.ws-ə istinadən bildirir ki, futbolçular Avro-2020 üzrə oyunların keçiriləcəyi 11 şəhərdən biri olan Bakı ilə bağlı paylaşımlar ediblər.
Uels milli komandasında hücumçusu Qaret Beyl sosial şəbəkə hesabında yeni paylaşım edib. İdmançı "Instagram"da Bakı Hava limanından fotosunu paylaşıb. Şəkildə onunla yanaşı oyunlara gələn digər komanda üzvləri də yer alıb.
Qaret Beyl yayımladığı fotoya "Bakı, biz buradayıq, gəlmişik" qısa rəyini də yazmağı unutmayıb.
Bakı ilə bağlı paylaşım edənlər arasında "Arsenal" klubunda yarımmüdafiəçisi, İsveçrə millisinin kapitanı Qranit Caka da var.
O, "Instagram" hesabında öz fotosunu paylaşaraq bunları əlavə edib:
"Son 4 gün daha... İsti, günəşli Bakıda məşqlər edirik", - deyə Qranit bildirib.
"Şeffild Yunayted" klubu və Uels millisinin müdafiəçisi Riys Norrinqton-Deyvis isə "Instagram" hesabının hekayə bölümündə paytaxt Bakının görüntüsünü yayımlayıb.
İsveçrə millisinin mərkəz müdafiəçisi Fabian Lukas Şer də "Instagram" hesabında paytaxt Bakının videsonu paylaşıb.
Uelsli futbolçu Harri Uilson da sosial şəbəkə hesabında yeni paylaşım edib. O, Bakıda məşq prosesindən çəkilən bir fotosunu yayımlayıb.
Uels milli komandasının hücumçusu Kiffer Mur da sosial şəbəkədə fotosunu yayımlayıb. İdmançı şəkilinə "Bakıda bir gün" şərhini yazaraq Avro-2020 həştəqini də əlavə edib və paylaşıb.
"Luton Taun" klubu və Uels millisinin mərkəz müdafiəçisi Tom Lokyer də paytaxt Bakı ilə bağlı paylaşım edib. O, "Instagram" hesabının hekayə bölümündə Bakının fotosunu paylaşıb.
Qeyd edək ki, Avro-2020-nin 4 oyunu Bakıda baş tutacaq. İyunun 12-də Bakı Olimpiya Stadionunda Uels və İsveçrə komandaları üz-üzə gələcək. Qrupun II tur oyunları ayın 16-da baş tutacaq. Həmin gün Bakıda Türkiyə-Uels matçı baş tutacaq. 20-si Bakı İsveçrə-Türkiyə oyunu keçiriləcək. İyul ayının 3-də turnirin 1/4 final qarşılaşması Bakıda baş tutacaq.
Milli.Az
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
-
Qanunsuz heyvan kəsimi ciddi risklər yarada bilər
-
Amerikalı məşhur rəssam 88 yaşında vəfat etdi
-
15 yaşlı qapıçı “Kəpəz”in tarixinə düşdü
-
Dövlətin ən həssas sərhədi xəritədə deyil
-
Goranboyda 22 yaşlı oğlanın meyiti əkin sahəsində aşkarlandı
-
Danla Bilic 8-ci dəfə əməliyyat olundu - (Foto)
-
Azərbaycan futbol tarixində ilk: Final Gəncədə olacaq
-
Millimizin Tacikistanla oyununu o idarə edəcək
-
İsveçin Baş naziri istefa verdi
-
Afaq Bəşirqızının adını çəkib ağladı - (Video)
-
İsti hava Avropanı ərzaq böhranı ilə üz-üzə qoydu, qıtlıq yarandı
-
Pensiyalarla bağlı gözlənilən xəbər
-
“Norm” ASC 2025-ci ildə rekord gəlir əldə edib
-
Prezident İlham Əliyev: BMT sistemi normal fəaliyyət göstərsəydi ərazilərimizi güc yolu ilə geri almağa məcbur qalmazdıq
-
Prezident İlham Əliyev: Birgə səylərlə çalışmalıyıq ki, TDT beynəlxalq məsələlərdə daha böyük rol oynasın
-
Prezident İlham Əliyev: Azərbaycanla Türkiyənin birgə fəaliyyəti bölgəmizdə və dünyada sabitliyi daha da gücləndirir
-
Azərbaycanda zəlzələ oldu
-
Türkiyəli bloqer Bakının təmizliyini belə yoxladı – (Video)
-
Famil Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
-
Sərnişinlərə alternativ marşrut təklif edildi: Cəmi 11 dəqiqəyə çatacaqsınız - (Foto)
-
“Trabzonspor”un yeni baş məşqçisi açıqlandı
-
Demet Akalına konsertində əxlaqsızlıq - (Video)
-
Şükufə Yusupovadan xəbər var
-
Rusiya və Çin peyklərinə qarşı ABŞ-ın yeni silahı





