İdman

Futbolda ofsayd qaydalarına dəyişiklik edildi

8 İyun 2021 17:06
Baxış: 1 849
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) oyun qaydalarında növbəti dəyişiklik edib.

Milli.Az apasport.az-a istinadən xəbər verir ki, futbol qaydalarına cavabdeh olan qurum oyundankənar vəziyyətlə bağlı düzəlişi zəruri sayıb.

Bundan sonra futbolçuların əlləri və qolları ofsayd vəziyyəti üçün nəzərə alınmayacaq. Bu qayda pozuntusunun təyin edilməsi üçün qolun yuxarı hissəsindən qoltuqaltının aşağı hissəsi əsas götürüləcək.

İFAB bunu belə izah edir ki, çiyin qolun bir hissəsi sayılmır. Bu üzdən çiyin bədənin bir parçasıdır və onunla qol da vurmaq olar. Buna görə də çiyin öndə olarsa, oyundankənar vəziyyət olur. Qolun çiyindən aşağı hissəsi isə ofsayd sayılmır.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.