İdman

Vaqif Cavadovdan şad xəbər

29 Aprel 2010 19:47
Baxış: 212
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Vaqif Cavadov gələn həftə Hollandiyanın "Tvente" futbol klubunun əsas heyətində debüt edə bilər. Bu barədə Hollandiyanın nusport.nl saytı məlumat yayıb. Saytın "De Telegraaf"a istinadən yaydığı xəbərə görə, komanda tam heyətlə hazırlıqlarını davam etdirir.

Zədə səbəbindən "Feyenoord"la oyunu buraxmış yarımmüdafiəçi Çeyk Tiote artıq sağalıb və məşqlərə başlayıb. Uzun müddət zədəli olan Vaqif Cavadovla Naşat Əkrəm də məşqlərə qatılır. "Tvente"nin yeganə itkisi Nikki Kuyperdir.

"Tvente" Hollandiya çempionatının son turu çərçivəsində mayın 2-də "NAC Breda"nın qonağı olacaq. Oyun Bakı vaxtı ilə saat 17.30-da başlayacaq. "Tvente" hazırda 83 xalla turnir cədvəlinin lideridir və əsas rəqibi "Ayaks"ı bir xal qabaqlayır. Son turda çempionluğun taleyinə aydınlıq gələcək.

/Fanat.az/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.