"Parma"nın yeni baş məşqçisi müəyyənləşib.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanı Entso Marseka çalışdıracaq. 41 yaşlı mütəxəssislə bağlanan müqavilənin müddəti açıqlanmayıb. Mareska bunadək "Mançester Siti"nin gənclər komandalarında çalışıb.
Qeyd edək ki, "Parma" A seriyasında 2020-2021 mövsümünü sonuncu pillədə başa vuraraq elitanı tərk edib.
Milli.Az