"Parma"da yeni baş məşqçi

27 May 2021 20:29

"Parma"nın yeni baş məşqçisi müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komandanı Entso Marseka çalışdıracaq. 41 yaşlı mütəxəssislə bağlanan müqavilənin müddəti açıqlanmayıb. Mareska bunadək "Mançester Siti"nin gənclər komandalarında çalışıb.

Qeyd edək ki, "Parma" A seriyasında 2020-2021 mövsümünü sonuncu pillədə başa vuraraq elitanı tərk edib.

Milli.Az