İdman

Uruqvaylı hücumçu "Neftçi"yə təklif olundu

23 May 2021 23:50
Baxış: 1 364
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Uruqvaylı hücumçu Kristian Tabo karyerasını Azərbaycan çempionu "Neftçi"də davam etdirə bilər. Milli.Az matc.az-a istinadən bildirir ki, 27 yaşlı futbolçu paytaxt klubuna təklif olunan futbolçulardan biridir.

Qeyd edək ki, "Neftçi"nin baş məşqçisi Samir Abasov da klub televiziyasına açıqlamasında həm hücumçu, həm də digər mövqelərə yeni futbolçular axtardıqlarını söyləmişdi. "Ağ-qaralar"ın Tabo ilə bağlı qərarının necə olacağını zaman göstərəcək.
 
Peşəkar karyerasına Uruqvayın "Rasinq" (Montevideo) klubunda başlayan Tabo, ölkəsində "Nasional"ın da uğurları üçün çalışıb. Forvard 2015-2017-ci illər aralığında Meksika "Atlas"ında icarədə oynayıb. Kristian 2018-ci ildən Meksikanın digər təmsilçisi "Puebla"da forma geyinir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.