İdman

De Byazi milliyə yeni futbolçu dəvət etdi

23 May 2021 20:14
Baxış: 1 115
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyə, Belarus və Moldova yığmaları ilə yoxlama oyunu keçirəcək Azərbaycan milli komandasına daha bir futbolçu dəvət olunub.

Milli.Az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
 
"Sabah"ın müdafiəçisi Bəhlul Mustafazadə yığmanın qarşıdakı yoxlama oyunları üçün heyətə çağırılıb.
 
Bundan əlavə, 21 yaşadək futbolçulardan ibarət milli komandanın üzvləri Nicat Mehbalıyev ("Sabah"), Cəlal Hüseynov ("Zirə") və Vidadi Cəfərov ("Turan Tovuz") A milli komandanın 23-24 may tarixlərində Bakı şəhərində keçiriləcək məşqlərində iştirak edəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.