İdman

“Ronaldo və Messiyə çatmaq istəyirəm”

20 May 2021 19:24
Baxış: 778
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tottenhem"in futbolçusu Harri Keyn qarşısına qoyduğu hədəflərdən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 27 yaşlı hücumçu "Sky Sport"a açıqlamasında oyun və qol səviyyəsində "Yuventus"un futbolçusu Kriştiano Ronaldo və "Barselona"nın kapitanı Lionel Messiyə çatmaq istədiyini deyib:

"Edə biləcəyim daha çox şey var. Statistikam indikindən də yaxşı ola bilər. Ən yaxşı olmaq istədiyimi söyləməkdən qorxmuram. Ronaldo və Messinin səviyyəsinə çatmağa çalışmaq istəyirəm. Əsas məqsədim kuboklar qazanmaq və hər mövsüm 50, 60, 70 qol vurmaqdır. Özümə göstərdiyim təzyiq hər zaman başqasının mənə tətbiq edə biləcəyindən çox daha yüksəkdir".

Qeyd edək ki, Keyn bu mövsüm bütün turnirlərdə 54 matçda 32 qol vurub və 17 qolun ötürməsini verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.