İdman

Bu il Formula 1 zamanı bulvar bağlanmayacaq - Bakı Şəhər Halqası

17 May 2021 14:36
Baxış: 2 316
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bu il Formula 1 yarışması zamanı Dənizkənarı Milli Park bağlanmayacaq.

Bu barədə Trend-ə Bakı Şəhər Halqasından (BŞH) məlumat verilib. Bildirilib ki, bu il koronavirus pandemiyası ilə əlaqədar əyləncə zonası, "Formula 1 Village" olmadığına görə bulvarın bağlanmasına ehtiyac olmayacaq.

Qeyd edək ki, əvvəlki yarışlar zamanı Dəmizkənarı Milli Park yarış müddətində bağlanırdı, orada əyləncə zonası təşkil olunurdu və yalnız biletləri olan insanlar həmin əraziyə buraxılırdı.

Azərbaycanda Formula 1 Qran Prisinin 2021-ci il 4-6 iyunda keçirilməsi nəzərdə tutulur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.