İdman

"Çelsi"dən onun üçün 100 milyon avro

29 Aprel 2021 17:27
Baxış: 741
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Çelsi" "İnter"in hücumçusu Romelu Lukakunu transfer etməkdə israrlıdır.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, London təmsilçisi 27 yaşlı hücumçunun komandaya qayıtmasında ciddi şəkildə maraqlıdır. Klubun bu transfer üçün təxminən 100 milyon avro ayırmağa hazır olduğu bildirilib.

"İnter" rəhbərliyinin növbəti mövsüm üçün liderlərini komandada saxlamağı planlaşdırdığı, ancaq koronavirus pandemiyasının səbəb olduğu çətin maddi vəziyyətin onları bu yay hücumçunu satmağa məcbur edə biləcəyi vurğulanıb.

Qeyd edək ki, Lukaku 2019-cu ilin avqustundan A seriyası təmsilçisində oynayır. Belçikalı futbolçu bu mövsüm 40 oyunda 27 qol vurub və 8 qolun ötürməsini verib. Onun klubu ilə  müqaviləsi 2024-cü ilin yayına qədər davam edir.

Xatırladaq ki, Lukaku 2011-2014-cü illərdə "Çelsi"də oynayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.