İdman

AVRO-2020-nin kuboku canlı yayımda yerə düşdü - VİDEO

26 Aprel 2021 14:14
Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rumıniyanın paytaxtı Buxarestdə yerləşən "Beynəlxalq Arena Stdadionu"nda baş tutan canlı yayımlardan birində AVRO-2020-nin kuboku yerə düşüb.

Milli.Az offsideplus.az-a istinadən xəbər verir ki, buna külək səbəb olub. Belə ki, küləyin aşırtdığı reklam lövhəsi kuboku yerə salıb. İdman jurnalisti Diana Şandru hadisədən xəsarət almadan qurtulub.

Qeyd edək ki, koronavirus pandemiyasına görə təxirə salınmış AVRO-2020-yə Sankt-Peterburq (Rusiya), London (İngiltərə), Münhen (Almaniya), Roma (İtaliya), Buxarest (Rumıniya), Kopenhagen (Danimarka), "Sevilya" (İspaniya), Qlazqo (Şotlandiya), Budapeşt (Macarıstan), Amsterdam (Niderland) və Bakı (Azərbaycan) ev sahibliyi edəcək. Oyunlar bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.