İdman

Premyer Liqanı tərk edən ilk klub bəlli oldu

18 Aprel 2021 17:34
Baxış: 1 198
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Futbol üzrə İngiltərə Premyer Liqasında bu mövsüm elitanı tərk edəcək ilk klubun adına aydınlıq gəlib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, 32-ci turda səfərdə "Vulverhempton"a uduzan "Şeffild Yunayted" Çempionşipə düşüb.

Sözügedən komanda Premyer Liqada sona 6 tur qalmış 14 xalla sonuncu pillədə qərarlaşıb. Pol Hekinqbottonun çalışdırdığı "Şeffild Yunayted" Premyer Liqada yerini qorumağa imkan verən 17-ci pillədən 19 xal geri qalır. 

Habelə "Vest Bromviç" (24 xal) ilə "Fulhem" (26 xal) də Premyer Liqanı tərk etmə zonasındadırlar. Əvəzində "Norviç Siti"nin Çempionşipdən Premyer Liqaya vəsiqəni vaxtından əvvəl təmin etdiyi müəyyənləşib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.