İdman

"Əl-qolumuzu bağlamağa ehtiyac yoxdur" - Samir Abasov

10 Aprel 2021 19:27
Baxış: 532
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Həyəcanlı qarşılaşma oldu. 90 dəqiqə təzyiq və qarşılıqlı hücumlardan ibarət oldu. Çətin səfər matçı idi. Yaxşı oyun alındı. Həddindən artıq qol epizodları yaratdıq, amma vura bilmədik. Axıra kimi döyüşəcəyik. Bəzi dəyişiklər etdik, buna səbəb oyunçulardan psixoloji təzyiqini götürmək idi".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Neftçi"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqansının 22-ci turunda səfərdə "Qəbələ" ilə 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra mətbuat konfransında deyib.

O bildirib ki, ötən oyunla müqayisədə dəyişikliklər edib: "Əlimizdən gələnin ən yaxşısını edəcəyik. Futbolçularım həqiqətən qələbə istəyirdi. Təəssüflər olsun ki, 3 xal qazana bilmədik. Əl-qolumuzu bağlamağa ehtiyac yoxdur".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.