İngiltərə kubokunun finalında 21 min azarkeş stadiona buraxıla bilər.
Milli.Az apasport.az-a istinadən bildirir ki, Futbol Assosiasiyasının mayın 15-dəki qarşılaşma ilə bağlı planları bəlli olub.
Görüş Londondakı "Uembli" stadionunda keçiriləcək. Lakin bu hökumətin azarkeşlərin tribunalara qayıdışı ilə bağlı test tədbirlərindən asılı olacaq.
Aprelin 18-də kubokun "Lester" və "Sauthempton" arasında yarımfinalda 4 min azarkeş olacaq. Liqa kubokunun aprelin 25-dəki final görüşündə bu rəqəm 8 minə qaldırılacaq. Həmin görüşdə "Tottenhem"lə "Mançester Siti" üz-üzə gələcək.
Milli.Az