İdman

Mbappe: "Levandovskinin oynamaması yaxşı xəbərdir"

4 Aprel 2021 18:24
Baxış: 373

PSJ-nin futbolçusu Kilian Mbappe Çempionlar Liqasının 1/4 finalındakı rəqibləri "Bavariya"nın futbolçusu Robert Levandovskinin zədələnməsi haqqında danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 22 yaşlı hücumçu 32 yaşlı forvardın sıradan çıxaraq, PSJ ilə matçda iştirak etməyəcəyi üçün sevindiklərini vurğulayıb:

"Levandovski əla futbolçudur. Onun qarşıdakı oyunlarda iştirak etməməsi bizim üçün yaxşı xəbərdir. Əlbəttə ki, Levandovskinin zədələnməsi bizi sevindirmir. Amma PSJ ilə oynamaması bizim üçün sərfəlidir və bizi üzə bilməz".

Qeyd edək ki, PSJ ilə "Bavariya" arasında 1/4 finalın ilk oyunu 7 aprel, cavab görüşü isə 13 apreldə keçiriləcək.

Milli.Az

XƏBƏR LENTİ

Copyright © 2019 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.