İdman

Dünyanın ən yaxşı gənc futbolçuları açıqlanıb

24 Mart 2021 14:51
Baxış: 1 099
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünyanın ən yaxşı gənc futbolçularının adları açıqlanıb.

Milli.Az apasport.az saytına istinadən xəbər verir ki, sıralama "Goal"ın 44 ölkədə fəaliyyət göstərən jurnalistləri arasında aparılan səsvermə nəticəsində müəyyənləşib.

Ən çox səs toplayan "Barselona"nın hücumçusu Ansu Fati növbəti dəfə ən yaxşı gənc oyunçu mükafatına layiq görülüb. İspaniya millisinin üzvünü "Renn"in yarımmüdafiəçisi Eduardo Kamavinqa izləyib. İlk "üçlüy"ü Dortmund "Borussiya"sında çıxış edən Covanni Reyna qapayıb.

Qeyd edək ki, siyahıda 2002-ci il yanvarın 1-dən sonra anadan olan futbolçular yer alıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.