"Fənərbağça" koronavirus testlərinin nəticəsini açıqlayıb.
Milli.Az apasport.az-a istinadən bildirir ki, martın 22-də götürülən testin 3 futbolçuda pozitiv çıxdığı müəyyənləşib.
Adları açıqlanmayan həmin oyunçular dərhal karantinə alınıb, müalicələrinə start verilib.
Qeyd edək ki, "Fənərbaxça"da ötən həftə daha bir futbolçuda koronavirus aşkarlanmışdı.
Milli.Az