İdman

"Ronaldu ilə yolumuza davam edəcəyimizdən əminəm"

22 Mart 2021 12:11
Baxış: 844
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un idman direktoru Fabio Paratiki futbolçu Kriştianu Ronaldu ilə yollarını ayırmayacaqlarından əmindir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə 48 yaşlı klub rəsmisi "Sky Sports"a danışıb. O, deyib:

"Biz komandanı daha da yaxşılaşdırmaq istəyirik və bunun üçün davam edəcəyik. Hazırda "Yuventus" və Ronaldu birlikdədir. O, dünyanın ən yaxşı oyunçusudur. Əminəm ki, Ronaldu yolumuza davam edəcəyik".

36 yaşlı hücumçunun yayda Turin klubundan ayrılacağı haqda məlumatlar yayılmışdı. Onun "Real" və ya "Mançester Yunayted"ə qayıdacağı da ehtimal edilirdi.

Qeyd edək ki, Ronaldu bu mövsüm A seriyasında 24 matça çıxıb və 23 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.