İdman

“Qalatasaray” “Real”ın futbolçusu ilə danışıq aparır

19 Mart 2021 17:44
Baxış: 1 236
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın müdafiəçisi Marselo Türkiyəyə köçə bilər.

Milli.Az apasport.az-a istinadla bildirir ki, "Qalatasaray" braziliyalı sol cinah oyunçusunun xidmətində maraqlıdır.

Super Liqada çempionluq uğrunda mübarizə aparan "cim-bom" eyni zamanda gələn mövsümün heyətini də formalaşdırmağa başlayıb. Bir neçə oyunçu ilə yollarını ayıracaq "sarı-qırmızılılar"ın müdafiənin sol cinahına düşündüyü oyunçu məhz Marselodur.

"Real"da əsas heyətdəki yerini itirən ulduz futbolçunun meneceri ilə ilkin təmas qurulub. Ancaq "sambaçı" "İnter" və "Monako"nun da gündəmindədir. "Real" müqaviləsi gələn ilin yayına qədər olan Marselonu başqa kluba pulsuz buraxmağa hazırdır.

Qeyd edək ki, 2007-ci ildən "Real"da çıxış edən Marselo "kral klubu"nun heyətində keçirdiyi 519 oyunda 38 qol vurub, 101 məhsuldar ötürmə verib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.