İdman

Qvardiola VAR-ı tənqid etdi

11 Mart 2021 18:54
Baxış: 873
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola İngiltərə Premyer Liqasının 33-cü turunda "Sauthempton"la matçdan (5:2) sonra VAR-ı tənqid edib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, ispan mütəxəssis görüşün ilk hissəsində Fil Fodenə qarşı kobudluğa görə penalti təyin olunmadığı üçün bu addımı atıb.

"5:2 hesabı ilə qələbə qazandığımız üçün xoşbəxtəm. Amma bu, hesab 1:1 olarkən baş verdi. Hakimlər peşəkardır və hamısı öz işlərini görməlidirlər. Penalti qərarı verməmək heyrətamizdir. Bəlkə bir gün əllə bağlı epizodlarda VAR-ın necə işlədiyini izah edəcəklər. Penalti epizodunu hakim görmür, amma VAR-da görmürsə, deyiləsi söz qalmır" - deyə o bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.