İdman

Portuqaliya yığmasının və “Portu”nun qapıçısı vəfat edib

27 Fevral 2021 08:38
Baxış: 577
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Portuqaliyanın "Portu" həndbol komandasının qapıçısı Alfredo Kintana ürək dayanması nəticəsində vəfat edib.

Sports.ru portalının məlumatına görə, 32 yaşlı idmançının ürəyi Çempionlar Liqası çərçivəsində Belarusun "Meşkov Brest" kollektivinə qarşı oyunöncəsi məşq zamanı dayanıb.

Portuqaliyalı xəstəxanaya çatdırılıb. Həkimlər onu tibbi koma vəziyyətinə salıblar. Lakin onun həyatını xilas etmək mümkün olmayıb. 45 dəqiqə ərzində davam edən tibbi müdaxilə cəhdlərinə baxmayaraq, Kintana vəfat edib.

Qeyd edək ki, mərhum "Portu" klubu ilə yanaşı, həm də həndbol üzrə Portuqaliya milli komandasının qapıçısı olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.