İdman

İbrahimoviçin əvəzinə Benzema?

15 Fevral 2021 22:10
Baxış: 1 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Real"ın futbolçusu Kərim Benzema Madrid klubundan ayrılaraq karyerasını İtaliya A Seriyasında davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "Milan" sahibləri fransalı hücumçuya 39 yaşlı Zlatan İbrahimoviçin  potensial əvəzləyicisi kimi baxır.

Qeyd edək ki, Benzemanın Madrid təmsilçisi ilə müqaviləsi 2022-ci ilin yayına qədər hesablanıb, lakin tərəflər onun uzadılması barədə hələ razılığa gəlməyiblər.

Xatırladaq ki, 33 yaşlı oyunçu 2009-cu ildən bəri "Real"da oynayır. O, bu mövsüm 28 matç keçirib və 17 qol vurub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.