İdman

Fergüsonun şahzadəsi klubsuz qaldı

14 Fevral 2021 14:56
Baxış: 957
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted"in əfsanəvi baş məşqçisi Aleks Fergüsonun bir vaxtlar Avropadakı ən yaxşı yarımmüdafiəçilərdən hesab etdiyi və şahzadə adlandırdığı Aleksandr Büttner klubsuz qalıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 2012-2014-cü illərdə "qırmızı şeytanlar"da çıxış edən 32 yaşlı oyunçu Kipr komandalarından "Apollon"la müqavilə imzalasa da, bu keçid uğursuzluqla nəticələnib. Klub cəmi 17 gün sonra hollandiyalı futbolçu ilə sözləşməyə xitam verib. Beləliklə, Büttner klubsuz qalıb.

Kipr mediasında yayılan xəbərlərə görə, oyunçunun çəkisi artıq olub və tibbi müayinədən keçməyib. Həmçinin onun məşqə hazır olmadığı da bildirilib. Təcrübəli futbolçu isə bu iddiaları rədd edib.

Qeyd edək ki, Büttner karyerası ərzində "Dinamo" (Moskva), "Anderlext", "Vitesse", "Yonq Vitesse", "Nyu İngilend Revoluşn" kimi komandalarda da çıxış edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.