"Qalatasaray" heyətinə yeni futbolçu qatmaq niyyətindədir.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, "aslanlar" Meksika "Leon"undan Yayro Morenonu transfer etməyi planlaşdırır. 25 yaşlı müdafiəçinin hazırkı klubu ilə müqaviləni uzatmaq istəmədiyi və komandanı tərk etmək niyyətində olduğu bildirilib. Kolumbiyalı oyunçu Avropada çıxış etmək istəyir.
Qeyd edək ki, Moreno bu mövsüm 13 matç keçirib.
Milli.Az