İdman

Millimizə yeni futbolçu gəlir - Rüstəm Əhmədzadə

8 Fevral 2021 20:15
Baxış: 1 689
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ötən həftə milli komandamızın baş məşqçisi Canni de Byazi Antalyada olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, italiyalı mütəxəssisin səfərində məqsəd millimizə dəvəti gözlənilən futbolçuların oyununu izləmək olub. Söhbət Ukrayna Premyer Liqa təmsilçisi "Minay" klubunun üzvləri Anatoli Nuriyev (yarımmüdafiəçi, 24 yaş) və Rüstəm Əhmədzadədən (hücumçu, 20 yaş) gedir.

Qeyd edək ki, hər iki futbolçu Antalyada "Veres"ə (Ukrayna) qarşı keçirlən yoxlama matçının (4:0) iştirakçıları olub. De Byazi bu matçı canlı izləyib.  Nuriyev 70, Əhmədzadə isə 45 dəqiqə meydanda olub.

Oyundan sonra Canni de Byazi hər iki futbolçu ilə ayrılıqda görüşüb. Rüstəm Əhmədzadə azerisport.com saytına açıqlamasında bildirib ki, o, milli komandamızda oynamaq təklifini qəbul edib.

"Bu, mənə maraqlıdır. Azərbaycan millisində oynayacağım üçün şadam" - deyə o bildirib.

Onun sözlərinə görə, milliyə nə vaxt qoşulacağını hələ bilmir: "Çünki rəsmi sənədləşmə başlamayıb. Amma ümid edirəm ki, hər şey alınacaq".

Nuriyevin dəvəti qəbul edib-etməyəcəyi barədə isə məlumat yoxdur.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.