İdman

Cazibədar tennis ulduzu: “Risk etmək istəmədim” - FOTOSESSİYA

5 Fevral 2021 17:39
Baxış: 2 173
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Kanadalı tennisçi Byanka Andresku Avstraliya açıq çempionatına iştirak edəcək.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bunu 20 yaşlı idmançının özü açıqlayıb.

Melburndakı turnirdə iştirakdan imtina edən dünya tennisinin yeni seks ulduzu bu addımın Avstraliya açıq çempionatına təsiri olmadığını bildirib: "Melburndakı turnirdən ona görə çıxdım ki, iki həftə məşq etməmişdim. Vacib turnir öncəsi belə risk etmək istəmədim. İndi hər şey qaydasındadır, mən sağlamam və oynamağa hazıram".

Qeyd edək ki, 2019-cu ildə ABŞ açıq çempionatının qalibi olan Byanka Avstraliyada sərt karantinə alınıb. Buna səbəb onun koronavirusa yoluxan şəxsin olduğu təyyarə ilə uçması idi.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.