"Barselona"nın sabiq futbolçusu İbrahim Afellay karyerasını başa vurub.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu barədə 34 yaşlı yarımmüdafiəçi açıqlamasında bildirib:
"İstədiklərimi ala bilmədim, amma vaxt çatdı. Bu anın gec-tez gələcəyini bilirdim".
Qeyd edək ki, niderlandlı futbolçunun son klubu bir il əvvəl oynadığı PSV olub. O, 2010-cu ildə PSV-dən "Barselona"ya transfer olunub.
Milli.Az