İdman

"Atamla birlikdə Azərbaycanda işləmək çox maraqlı idi"

26 Yanvar 2021 14:03
Baxış: 649
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qəbələ"nin sabiq məşqçisi Andrey Syomin ölkəmizdə çalışdığı günləri xatırladıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Rusiya mətbuatına müsahibəsində  2013/14 mövsümündə "Qəbələ"nin baş məşqçisi olan atası Yuri Syominin köməkçisi olması ilə bağlı deyib:
 
"Atamla birlikdə Azərbaycanda işləmək çox maraqlı idi. Azərbaycanda futbol kifayət qədər yaxşı səviyyədədir. Çempionatın təşkilini və şəraiti çox bəyəndim. "Qəbələ" çempionatda üçüncü yeri tutdu və ölkə kubokunun finalında penaltilərdə məğlub olduq".
 
Andrey Syomin "Qəbələ"dən ayrılmalarının səbəbi barədə də danışıb: "Yuri Syomin belə istədi. Ona qalmağı təklif etdilər, yaxşı şərtlərlə razı salmağa çalışdılar. Ancaq "Mordoviya"da işləmək qərarına gəldi. Məni və Yuri Baturenkonu saxlamaq istəsəydilər, işimizi davam etdirməkdən məmnun olardıq. Ancaq heç kim bizi Yuri Syominsiz istəmədi".

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.