İdman

"Arsenal"dan ayrılan futbolçu Yunanıstan klubunda

26 Yanvar 2021 10:12
Baxış: 714
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Bir neçə gün öncə "Arsenal"dan ayrılan Sokratis Papastatopulosun yeni klubu müəyyənləşib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, yunanıstanlı futbolçu karyerasını ölkəsində - "Olimpiakos" klubunda davam etdirəcək. Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 32 yaşlı müdafiəçi yeni klubu ilə 2.5 illik müqavilə imzalayıb.
 
Qeyd edək ki, Sokratis daha öncə ölkəsində AEK (Afina) klubunun da formasını geymişdi. Yunanıstan yığmasında 90-dan çox oyun keçirən futbolçu karyerası ərzində "Cenoa", "Milan", "Verder", "Borussiya" (Dortmund) kimi klublarda da çıxış edib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.