İdman

100 tələbənin təhsil haqqını ödədi

24 Yanvar 2021 18:18
Baxış: 1 833
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bir neçə gün əvvəl həyat yoldaşı Aminə Gülşə və qızı Eda ilə Türkiyəyə köçən futbolçu Məsut Özil növbəti xeyriyyə addımı ilə gündəmə gəlib.

Milli.Az Axşam.az-a istinadən xəbər verir ki, M.Özil valideynlərini itirmiş 100 tələbənin təhsil haqqını ödəyib.

İdmançının bu addımı həyat yoldaşını çox duğulandırıb:

"Bu, qızım və mənim üçün çox əhəmiyyətli, dəyərli bir hədiyyə oldu. O, məni xoşbəxt etdi".

Futbolçunun bu addımı sosial şəbəkə istifadəçiləri tərəfindən də böyük rəğbətlə qarşılanıb. Onlar Məsutu çox sevdiklərini yazıblar.

Qeyd edək ki, bir neçə gün əvvəl Məsut Özil İngiltərənin "Arsenal" futbol klubundan "Fenerbahçe"yə transfer olunub.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.