İdman

“Bakı”nın baş məşqçisi 0:10 hesablı məğlubiyyətdən danışdı

26 Aprel 2010 19:48
Baxış: 219
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Bu gün startı verilən "Qazaxıstan Respublikasının Prezidenti Kuboku" uğrunda turnirə uğursuz start verən "Bakı" Futbol Klubunun 17 yaşlı futbolçulardan ibarət komandası ilk oyununda Serbiyanın 17 yaşlılardan ibarət milli komandasına 0:10 hesablı ilə məğlub olub.

Qol.Az-ın məlumatına görə, artıq təmsilçimizin baş məşqçisi Cavad Hilalov həmin ağır məğlubiyyətin səbəblərini açıqlayıb. "Zolaqlılar"ın çalışdırıcısı klubun rəsmi internet saytına açıqlamasında bunları söyləyib: "Şübhəsiz, bu cür hesablı məğlubiyyət bizə pis təsir etdi. Amma deməliyəm ki, məğlubiyyətimizin bir sıra səbəbləri var. İlk növbədə futbolçular arasındakı yaş fərqi özünü göstərdi. Həmçinin yol yorğunluğu da komandamızın oyununa təsirsiz ötüşmədi. İlk yarıda qapımızdan iki top buraxdıq. Amma fasilədən sonra sadaladığım amillər özünü açıq-aşkar biruzə verdi. Turnirdən öncə də demişdim ki, yarışda əsas məqsədimiz nəticə yox, təcrübə qazanmaqdır. Bu oyun bizim üçün yaxşı dərs oldu. Çalışacağıq ki, sabahkı oyuna kimi çatışmazlıqları aradan qaldırıb uğurlu nəticə əldə edək".

Xatırladaq ki, "Bakı" sabah Türkiyənin "Qalatasaray" klubu ilə qarşılaşacaq. Oyun Bakı vaxtı ilə saat 11:00-da start götürəcək.

/Qol.az/
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.