İdman

"Qarabağ" dünyanın ən yaxşı klubları siyahısında

19 Yanvar 2021 13:04
Baxış: 1 300
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) dünyanın ən yaxşı futbol klublarının yeni reytinq siyahısı tərtib edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 2020-ci ilin yekunlarına əsasən tərtib edilən siyahıda ölkəmiz yalnız bir komanda - "Qarabağ"la təmsil olunub. 80 xalı olan Ağdam təmsilçisi 147-ci pillədə qərarlaşıb.  "Qarabağ"la bu pilləni "Sauthempton" (İngiltərə),  "Atletiko Mineyro" (Braziliya),  "Viktoriya" (Çexiya) və "Penyarol"la (Uruqvay) bölüşdürür.

Qurban Qurbanovun baş məşqçisi olduğu komanda dünyanın ən yaxşı 401 klubunun yer aldığı siyahıda "Everton", "Nyukasl" (hər ikisi İngiltərə), "Xetafe", "Selta", "Valensiya" (hamısı İspaniya), "Beşiktaş", "Fənərbaxça", "Alanyaspor" (hamısı Türkiyə) kimi klubları qabaqlayıb.

Qeyd edək ki, siyahıya 260 xalla "Bavariya" başçılıq edir. "Palmeyros" (Braziliya) 230 xalla 2-ci, PSJ 226 xalla 3-cüdür.

Qeyd edək ki, "Qarabağ" 2019-cu ildə bu siyahıda 80-ci pillədə qərarlaşmışdı.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.