İdman

“Mənim üçün bir xəyal gerçək olur” - Mesut Özil

18 Yanvar 2021 15:08
Baxış: 803
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Çox həyəcanlıyam, çünki mən hər zaman "Fənərbağça" azarkeşi idim. Bir xəyal təkcə klub üçün yox, mənim üçün də gerçəkləşir.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri "Fenerbağça"nın yeni transferi Mesut Özil İstanbul təmsilçisinin rəsmi telekanalına açıqlamasında deyib.

"Arsenal"dan "Fənər"ə keçən 33 yaşlı yarımmüdafiəçi yeni komandasının formasını geyinəcəyi üçün həyacanlı olduğunu bildirib: "Ümid edirəm ki, komanda yoldaşlarımla birlikdə uğur qazana biləcəyik. Həyəcanlıyam, başqa nə isə demək istəmirəm. İnanıram ki, hər şey yaxşı olacaq. Xeyirli olsun. Azarkeşlərin dəstəyinə görə təşəkkür edirəm. Onlar məni hər zaman dəstəklədilər. "Fənərbağça" böyük klubdur. Çox xoşbəxtəm, azarkeşlərə təşəkkürümü meydanda qaytaracağam".

Qeyd edək ki, Mesut Özil 2013-ci ildən "Arsenal"da çıxış edirdi. Onun yeni klubu ilə 3.5 illik müqavilə imzalayacağı gözlənilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.