İdman

Falkao yeni komandasını seçdi

5 Yanvar 2021 17:14
Baxış: 927
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin "Qalatasaray" klubunun hücumçusu Radamel Falkao karyerasını ABŞ-da davam etdirməyə hazırlaşır.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 34 yaşlı forvard "İnter Mayami" klubu ilə anlaşıb.

Kolumbiya millisinin üzvünün son addımı bu keçidin yaxın müddətdə reallaşacağından xəbər verir. O, instaqram səhifəsində "Qalatasaray"da çıxış etdiyinə dair bildirişi silib, həmçinin "İnter Mayami"ni izləməyə başlayıb. Bu isə yerli mətbuatın diqqətindən qaçmayıb.

Qeyd edək ki, bu mövsüm 9 oyunda 5 qol, 2 məhsuldar ötürmə ilə yadda qalan Radamel Falkaonun yüksək məvacibi səbəbindən "Qalatasaray" onu transferə çıxarıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.