İdman

FİFA öz transferinə pul qoyuluşu edən futbolçunun cəzasını dondurub

3 Yanvar 2021 15:18
Baxış: 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "Atletiko" klubunun müdafiəçisi Kiran Trippierə verilən cəza dondurulub.

Milli.Az Apasport.az-a istinadən bildirir ki, İngiltərə Futbol Assosiasiyasının verdiyi 10 həftəlik diskvalifikasiyanı FİFA müvəqqəti dayandırıb.

Futbol oyununa və öz transferinə pul qoyuluşu etməkdə günahlandırılan İngiltərə millisinin üzvünün cəzası dekabrın 23-dən qüvvəyə minməli idi. Lakin apelyasiyaya müraciət edən "Atletiko" hadisənin onlarla əlaqəsinin olmadığını bildirib. Madridlilərin təqdim etdiyi dəlillərlə razılaşan FİFA cəzanı dondurub. İndi İspaniya təmsilçisi cəzanın tamamilə ləğvi üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət edə bilər.

Qeyd edək ki, Kiran Trippier "Atletiko"ya 2019-cu ilin yayında İngiltərə təmsilçisi "Tottenhem"dən keçib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.