İdman

"Barselona"ya qayıtmağa razı olardım" - Kike Setyen

29 Dekabr 2020 11:54
Baxış: 642
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Barselona"nın sabiq baş məşqçisi Kike Setyen klubda çalışması ilə bağlı xatirələrini bölüşüb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, Kataloniya təmsilçisində keçirdiyi vaxtdan peşman olmadığını deyib:

"Artıq "Barselona"da baş verənlər səbəbindən hiss etdiyim kədərin öhdəsindən gəldim. Ancaq bu, sadəcə işin bir hissəsi kimi qəbul edilməlidir. Bu, inanılmaz bir təcrübə idi. Həqiqətən istədiklərimizi ala bilmədik. Biz gələndə hər şey çox çətin idi. Əlbəttə ki, "Barselona"ya qayıtmağa razı olardım. Və oraya getdiyim üçün heç vaxt peşman olmayacağam".

Qeyd edək ki, Setyen 2020-ci ilin yanvar-avqust ayları arasında Kataloniya klubunu çalışdırıb. Komandanın  Çempionlar Liqasının 1/4 finalında "Bavariya"ya biabırçı məğlubiyyətindən (2:8) sonra vəzifəsindən kənarlaşdırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.