İdman

“Yuventus” qiymətə görə polşalı hücumçudan imtina edir

28 Dekabr 2020 13:46
Baxış: 757
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliyanın "Yuventus" klubu polşalı hücumçu Arkadiuş Milikin transferindən imtina etmək məcburiyyətində qalıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, buna futbolçunun çıxış etdiyi "Napoli"nin yüksək transfer məbləği istəməyi səbəb olub.

Milikin özü də Turin klubuna keçməyə can atsa da, neapollular onun üçün 15 milyon avro istəyir. Bu rəqəm "Yuventus"u qane etmir. A seriyasının çempionu Arkadiuşun qiymətinin şişirdilmiş olduğunu düşünür.

Qeyd edək ki, polşalı 2016-cl ildən "Napoli"nin şərəfini qoruyur.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.