İdman

Yenidən yığmada - Robert Prosineçki

28 Dekabr 2020 09:28
Baxış: 1 290
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Azərbaycan millisinin sabiq baş məşqçisi Robert Prosineçkinin işsiz günləri qısa çəkəcək.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bu yaxınlarda "Dənizlispor"dan ayrılan xorvatiyalı mütəxəssis yenidən yığmada çalışmağa yaxındır.

Prosineçkinin Şimali Makedoniya millisinin sükanı arxasına keçməsi gözlənilir. İqor Angelovskinin gedişindən sonra baş məşqçi axtarışlarını davam etdirən makedoniyalılar üçün Prosineçki prioritet hədəfdir. Tərəflər arasında danışıqlar artıq yekunlaşmaq üzrədir.

Qeyd edək ki, Robert Prosineçki 2014-2017-ci illərdə Azərbaycan millisinə rəhbərlik edib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.