İdman

Özilin “Fənərbağça” ilə müqaviləsinin detalları bilindi

25 Dekabr 2020 09:59
Baxış: 1 137
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İngiltərənin "Arsenal" klubunun yarımmüdafiəçisi Məsut Özil Türkiyə təmsilçisi "Fənərbaxça" ilə danışıqlara başlayıb.

Milli.Az apasport.az-a istinadla bildirir ki, 32 yaşlı futbolçu ilə bağlı yeganə problem onun bu barədə londonlulara xəbər verməməsidir.

"Fənərbağça" ilə danışıqların detalları da məlum olub. Almaniya millisinin sabiq üzvü keçidə razılıq verərsə, həftəlik məvacibi 166 min avro olacaq. Bu isə "Arsenal"da qazandığından 2,3 dəfə azdır.

Qeyd edək ki, "Arsenal" Premyer Liqa və Avropa Liqasında iştirak ərizəsinə salınmayan Məsut Özilin yanvarda komandadan getməsinə razılıq verib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.