İdman

Beyl zədələndi

24 Dekabr 2020 18:25
Baxış: 640
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Tottenhem"in futbolçusu Qaret Beyl zədələnib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi İngiltərə Kubokunun 1/4 finalında "Stok Siti" ilə matçda (3:1) xəsarət alıb. O, görüşün ikinci hissəsi başlamazdan əvvəl əvəzlənib.

Baş məşqçi Joze Mourinyo qarşılaşmadan sonra bu barədə danışıb:

"Əvəzlənməsi Beylin öz qərarı idi. Nəyinsə səhv getdiyini hiss edirdi. Fasilə vaxtı paltardəyişmə otağına daxil olanda dərhal bu barədə mənə dedi. Problemin nə qədər ciddi olduğunu bilmirəm. Müayinənin nəticələrini gözləmək lazımdır".

Qeyd edək ki, "Tottenhem" Beyli bu yay "Real"dan icarəyə götürüb. O, bu mövsüm 11 oyuna çıxıb və 3 qol vurub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.